Memar Sinanın başı hardadır?

Memar Sinanın başı hardadır?
20:01 12 Yanvar 2015
202 Digər
Ölkə mətbuatı
A- A+

Memar Sinanın başı 80 ildir ki, tapılmır.

ANS PRESS-in məlumatına görə, memarın başı ölümündən sonra, daha doğrusu 1935-ci ildə araşdırma aparılması üçün məzardan çıxarılmışdı. Araşdırmalardan sonra memarın başının Antropologiya Muzeyinə qoyulacağı deyilsə də, bu baş tutmayıb. .

Bir çox mənbələrdə bildirilir ki, Memar Sinanın məzarı onun türk və ya avropalı olduğunu müəyyən etmək üçün açılmışdı. Belə ki, bir çox xalqlar onu öz adlarına çıxmaq istəyirdilər. Memarın serb, macar, avstriyalı olması haqqında iddialar vardı.

Ölümündən 347 il sonra memarın məzarı açılan zaman onun bədən sümükləri dağılmış halda olsa da, kəllə sümüyü bütöv qalmışdı. Antropoloqlardan biri pərgərlə onun kəllə sümüyünü ölçdükdən sonra memarın başının barxikefal (başın eninin uzunluğundan artıq olması) olduğunu görüb, "Memar Sinan türkdür" deyir.

Daha sonra memarın başı araşdırmalar üçün götürülsə də yerinə qoyulmadı. İndi də Memar Sinanın kəllə sümüyünün harada olduğu bilinmir.

Memarın başının Ankara Dil Tarix və Coğrafiya Fakültəsindəki kəllə sümükləri kolleksiyasının içində ola biləcəyi də ehtimal olunur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=319226

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR