Qubada bir neçə kənd işıqsız qalıb - VİDEO

Quba rayonunda yüksək gərginlikli (10000 Vt) elektrik xəttinin keçdiyi dirəkdə yanğın baş verib.

Metbuat.az report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Talabıqışlaq kəndində qeydə alınıb. Yanğın nəticəsində naqillər sıradan çıxıb. Bu səbəbdən hazırda rayonun bir neçə kəndi işıqsız qalıb.

Məsələ ilə bağlı Quba Rayon Elektrik Şəbəkəsinin rəsmisi Kamran Babayev "Report"un yerli bürosuna verdiyi açıqlamada bildirib ki, elektrik dirəkləri və xətləri Sovet dövründən qalmadır və köhnə naqillər sıradan çıxaraq qısaqapanma yaranıb və bu səbəbdən yanğın baş verib: "Elektrik enerjisinin verilişi yaxın saatlarda bərpa olunacaq. Hazırda əraziyə texnika və işçi heyəti göndərilib".

Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmayıb.


Adi qaşınmaya görə həkimə getdi: Nəticəsi hər kəsi ŞOKA SALDI - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR