AQTA-da sahibkarlarla görüş keçirilib

Bu gün Qida Təhlükəsizliyi Agentliyində (AQTA) respublikada fındıq istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

Agentlikdən Metbuat.az-a verilən məlumata görə, görüşdə sahibkarları maraqlandıran suallara cavab verən AQTA-nın sədr müavini Rəşad Mafusov istehsalçıların qarşılaşdıqları problemləri dinləyib və onların həlli istiqamətində fikir mübadiləsi aparıb.

Görüşdə fındıq nümunələrinin yoxlanılması üçün Agentlik tərəfindən ən müasir standartlara cavab verən texnologiyalardan istifadə edildiyi vurğulanıb.

AQTA-nın qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, habelə ixraca dəstək fəaliyyəti çərçivəsində istehsalçılara kömək göstərilməsi işinin bundan sonra da davam etdirəcəyi bildirilib.

Adi qaşınmaya görə həkimə getdi: Nəticəsi hər kəsi ŞOKA SALDI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR