Xəzərin statusu ilə bağlı yekun kommünike qəbul edilib

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair İşçi Qrupunun 52-ci yekun iclasının kommünikesi qəbul edilib.

Bu barədə Metbuat.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, işçi qrupun yekun 52-ci iclası Aktauda keçirilib. Danışıqlarda Azərbaycan, İran, Qazaxıstan, RusiyaTürkmənistan nümayəndə heyətləri iştirak ediblər. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edib.
"İclasın gedişində tərəflər Beşinci Xəzər sammitinin sənədlərini hazırlamaq üzrə işləri yekunlaşdırıblar, eləcə də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünün gündəliyini müzakirə edib və razılaşdırıblar. Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair danışıqlar prosesinin başa çatması ilə əlaqədar tərəflər çoxillik birgə iş zamanı əldə etdikləri nəticələri böyük məmnuniyyətlə qeyd ediblər. Nümayəndə heyətləri danışıqların nəticələrini müsbət qiymətləndirərək, Qazaxıstana yekun görüşün yüksək səviyyədə təşkil edilməsi üçün təşəkkürlərini bildiriblər"- XİN-nin məlumatında qeyd edilib.

Günün qoroskopu - Məqsəd və istəklərinizi dəqiqləşdirin - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR