Maraq üçün işıq dirəyini sındıran dələduzun görüntüləri ANBAAN KAMERALARA DÜŞDÜ – VİDEO

Kim olduğu hələlik bilinməyən şəxs heç bir səbəb olmadan işıq dirəyinin yüngül metal aksesuarını sındırır və görünür ki, o, bu işindən zövq alır.

Metbuat.az ARB TV-yə istinadla xəbər verir ki, qanuna görə bu cür hərəkətlər dövlət əmlakına ziyan vurmaq və xuliqanlıqdır.

Bu görüntüləri Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində, ARB TV-nin təhlükəsizlik kameraları çəkib. Qrupdan ayrılan şəxslərdən biri heç bir səbəb olmadan elektrik dirəyinin aksesuarını anlaşılmaz şəkildə qırır. Bundan qürrələnir və heçnə olmamış kimi yolluna davam edir. Hələlik bu şəxsin kimliyi məlum deyil.

Bəzi yerlərdə quraşdırılan işıq lampaları çıxarılır və ya məhv olunur. İndi orada yalnız infrastrukturun izləri qalıb. Ən çox ziyan vurulan dövlət əmlaklarından biri də dayanacaqlardır. Dayanacaq ücün yer ayrılır və tikilir. Lakin, bir müddət sonra şüşələri sındırılaraq yoxa cıxarılır.

Belə dayanacaqlara şəhərdə addımbaşı rast gəlmək olar. Bu infrastrukturun qurulmasına dövlət milyonlarla pul xərcləyib. Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, cinayət tərkibli əməllər ehtiyyatsızlıq və ya qəsdən törədilir. Dövlət mülkiyyətinə ehtiyyatzıslıqdan ziyan dəyərsə məhkəmənin qərarı ilə dəyən zərəri vətəndaş ödəyir. Bu qəsdən törədildikdə isə cinayət tərkibi daşıyır.

Mahmud Hacıyev – Sabiq polis rəisi: “Qanunda bu cür hallarda dəymiş ziyanın məbləği mühüm rol oynayır. Əgər zərər 5 min manatdan yuxarıdırsa vətəndaş həbs oluna bilər”.

Siracəddin Kərimov – Hüquqşunas: “Həmin şəxslər 89-cu maddəyə görə 4 min manat məbləğində cərimə və ya 2 il müddətinə həbs də oluna bilər”.

Hüquqşünasın fikrincə, bu sahədə qanunlar daha da sərtləşdirilməli, cinayət məsuliyyəti üçün nəzərdə tutulan məbləğ aşağı salınmalıdır. Ən əsası marifləndirmə aparılmalı və ictimai qınaq olmalıdır.


Tarkan bir aylıq qızına ev aldı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR