20,5 milyard dollarlıq müsbət saldo yaranıb

20:08 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 147 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 108 ölkəyə əmtəə ixrac olunub, 135 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, xarici ticarət əlaqələri iştirakçılarının 44-ü Avropa, 33-ü Amerika, 43-ü Asiya ölkələri və digərləridir.

On bir ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 36,7 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 28,6 milyard dollar, idxalın həcmi 8,1 milyard dollar təşkil edib, nəticədə 20,5 milyard dollarlıq müsbət saldo yaranıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Qeyri-neft məhsullarının ixracı 1,6 milyard dollar təşkil edib. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 166,8 dollara bərabər olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2352383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR