Salyanda həyətyanı sahədə çıxan qeyri-adi tapıntı HƏR KƏSİ TƏƏCCÜBLƏNDİRDİ / VİDEO

Əvvəl məişət əyşaları, indisə qəbir daşları.

Metbuat.az ARB TV-yə istinadla xəbər verir ki, Salyanın Qırxçıraq kəndində Mirişovlar ailəsinin həyətyanı sahəsində ortaya çıxan tapıntılar böyük marağa səbəb olub.

Qırxçıraq kəndində yaşayan Mirişovlar ailəsinin həyətyanı sahəsində ortya çıxan əşyalar sakinləri heyrətə gətirir. Əvvəllər ərazidən su nogurundan tutmuş çırağa qədər müxtəlif məişət əşyaları tapılırdısa, indi qəbir daşları ortaya çıxıb.

Anaxanım Mirişova – Təsərrüfat sahibi: “Bu yaxınlarda həyətyanı torpaq sahəmizi şulayarkən kotana ilişdi daş. Çıxartdıq, qıraqları naxışlıdır, baş daşına oxşarlığı da var. Neçənci əsrə aiddir, onu bilmirik”.

Mütəxəssislərin fikrincə, Mirişovlar ailəsinin həyətyanı sahəsində aşkar olunan maddi-mədəniyyət nümunələri təxminən orta əsrlərə təsadüf edilir.

Anaxanım Mirişova – Təsərrüfat sahibi: “Burda başqa əlavə saxsı qabları, çıraq çıxıb, su qabı çıxıb. Araşdırsalar bəlkə də çox şey çıxar”.

Ailə tapılan əyşaları bir yerı yığıb saxlayır. Onlar bu tapıntıların araşdırılaraq, tarixi əhəmiyyətinin öyrənilməsini istəyirlər.

Tarkan bir aylıq qızına ev aldı - Oxumaq üçün tıkla



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR