Türkiyədə 4 sabiq nazirin işi ilə əlaqədar qərar açıqlanıb

20:12 12 Yanvar 2015
149 Dünya
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 20:11 ]

Bakı. Rüfət Əhmədzadə – APA. Türkiyədə 4 sabiq nazirin Konstitusiya Məhkəməsinə cəlb olunması üçün yetərli əsaslar olmayıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Böyük Millət Məclisində yaradılmış araşdırma komissiyasının hesabatında qeyd olunub.

 

Hesabatda bildirilir ki, komissiyanın apardığı araşdırmalardan sonra sabiq iqtisadiyyat naziri Zəfər Çağlayan, sabiq daxili işlər naziri Muammer Güler, Avropa İttifaqı məsələləri üzrə sabiq nazir Egemen Bağış, habelə sabiq ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraktarın adları hallandığı cinayət işləri diqqətlə nəzərdən keçirilib. Materiallarda Konstitusiya Məhkəməsinə çıxarılması üçün yetərli əsaslar olmadığı qərara alınıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR