Yaşlı qadın su quyusuna düşərək öldü

Yaşlı qadın su quyusuna düşərək öldü
20:12 12 Yanvar 2015
145 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda bədbəxt hadisə baş verib. Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayonun Muradxan kənd sakini, 1952-ci il təvəllüdlü Tahirə Misirxan qızı Abbasova həyətlərindəki quyudan su götürərkən ayağı sürüşərək oraya düşüb.

Onun ailə üzvləri Tahirə Abbasovanın evə gec gəldiyini görüb, axtarışa başlayıblar. Bu zaman onun meyitini su quyusundan tapıblar.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR