Ermənilər ruslara qarşı kütləvi etiraz aksiyalarına start verdi

Ermənilər ruslara qarşı kütləvi etiraz aksiyalarına start verdi
20:26 12 Yanvar 2015
167 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Müdafiə Nazirliyi baş vermiş kütləvi qətlin araşdırılması üçün Ermənistana xüsusi xüsusi komissiya göndərib.

ANS PRESS-in məlumatına görə, komissiyaya müdafiə nazirinin birinci müavini, ordu generalı Arkadi Baxin başçılıq edir.

Ermənistna mətbuatında yayılan məlumata görə, artıq Gümrü şəhər sakinləri Rusiyanın 102-ci hərbi bazasının hərbi qulluqçusu tərəfindən güllələnərək öldürülməsi ilə nəticələnən insidentə etiraz olaraq kütləvi aksiyalara start veriblər.
Gümrü sakinləri etiraz aksiyası üçün şəhərin əsas meydanına toplaşıb.

“Onlar daha sonra hansı addımları atacaqlarını sonra müəyyənləşdirəcəklər. Mən də onlara qoşulacağam” - deyə “Asparez” Gümrü Jurnalistlər Klubunun sədri Levon Barseqyan açıqlamasında bildirib.

Onun sözlərinə görə, bütün şəhər sakinləri səhər tezdən faciə baş verən binanın ətrafındadır: “Hamı bir-birinə xəbər verərək etiraz aksiyasına qoşulmağa çağırır. Aksiya şəhər meriyasının binasının qarşısında olacaq”.

Qeyd edək ki, bu gün Gümrü şəhərinin Myasnikyan küçəsində bir ailənin 6 üzvünün meyiti tapılıb. Onların biri uşaqdır. Onların hamısı güllələnib. Bu hadisədə Gümrüdəki Rusiya bazasının hərbçisi Valeri Pavloviç Permyakovun şübhəli bilindiyi məlum olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR