NASA elə bir faktı dünyadan gizlədir ki... - Rusiyalı tədqiqatçıdan ŞOK İDDİA

Rusiya tədqiqatçısı Valentin Deqtyarev Yer kürəsinə yaxınlaşan göy cismini aşkar edib.

Metbuat.az publika.az-a istinadən xəbər verir ki, Valentinin sözlərinə görə, Yer kürəsinə yaxınlaşan göy cismi nə asteroid, nə də kometaya bənzəyir.

“Bu, daha böyük bir şeydir. Yer kürəsi hələ belə göy cismi ilə qarşılaşmayıb”, - o deyib.

Onun fikrincə, Amerika Milli Kosmik Agentliyi (NASA) “aşkar faktların gizlədilməsi üzrə planauyğun əməliyyat” keçirir və buna görə də onlar tərəfindən heç bir rəsmi informasiya yoxdur.

“NASA planetimizin və kosmosun yaxşı təsvirini verən müşahidə kameralarından daha istifadə etmir. Bu o haqda danışmağa əsas verir ki, təşkilat havasız məkanda baş verən hadisələri qəsdən gizlədir”, - tədqiqatçı vurğulayıb.

Cəbhədən son məlumat - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR