Avtobus sürücüsü xarici görünüşü ilə hər kəsi heyran qoydu - VİDEO

Rusiyanın Rostov-na-Donu şəhərində avtobus sürücülərindən birinin xarici görünüşü sərnişinlərin təəccübünə səbəb olub. Onlar güman ediblər ki, ictimai nəqliyyatın sükanı arxasında məktəbli əyləşib.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, müvafiq videoçarxı sosial şəbəkələrdə sürücü Darya Sergeyeva yerləşdirib.

Şəkildən göründüyü kimi, sükan arxasında xarici görünüşündən yaşı 18-dən də az olan yeniyetmə əyləşib. O, etiraf edir ki, sürücülük vəsiqəsi yoxdur və bu zaman “yeniyetmənin” narahatlıq keçirdiyi hiss olunur.

Şəhər sakinlərinin narazılığına operativ reaksiya göstərən polislər məsələ ilə bağlı araşdırma aparıblar və məlum olub ki, “yeniyetmə”, əslində, 25 yaşlı kişidir.

“Yoxlama aparılıb. Müəyyən olunub ki, sürücünün təxminən 25 yaşı var və onun ictimai nəqliyyatı idarə etmək hüququ verən vəsiqəsi mövcuddur”, - deyə Rusiya DİN-nin regional baş idarəsindən bildiriblər.

Qeyd olunur ki, həmin şəxs hazırda da Rostov-na-Donu şəhərində avtobus sürməkdə davam edir.

Cəbhədən son məlumat - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR