Qızını yatdığı yerdə baltalayan anadan

Rusiyanın Prikamye şəhərində dəhşətli cinayət hadisəsi baş verib.Şəhər sakini Çaykovskiy 18 yaşlı qızının amansız qətlində şübhəli bilinir.

Metbuat.az sonxeber.az-a istinadən xəbər verir ki, ana cinayətin təfərrüatını müstəntiqlərə danışıb. Qadının sözlərinə görə, onunla Yuliya arasında vaxtaşırı dava baş verirdi. Belə davalardan birindən sonra qadın qızın yatmasını gözləyib. Bundan sonra isə balta ilə müdafiəsiz qıza zərbələr vurmağa başlayıb. Qız aldığı zərbələrdən hadisə yerində keçinib.

Məhkəmə tibbi ekspertizası Yuliyanın çoxlu qan itirməsi nəticəsində öldüyünü müəyyən edib. Balta zərbələrindən biri onun boyun nayihəsinə dəyib və arteriya damarlarını kəsib.

Şübhəli əməlinə görə peşman olmadığını bildirib və müstəntiqlərə bildirib ki, onun başqa qızları olsaydı, onları da öldürərdi.

Qadın hazırda müvəqqəti təcridxanasına yerləşdirilib. Onun barəsində həbs şəklində ehtiyat tədbirinin seçilməsi məsələsi həll edilir.publiks

Qızını yatdığı yerdə baltalayan anadan DƏHŞƏTLİ ETİRAF - FOTO

Avtobus sürücüsü xarici görünüşü ilə hər kəsi heyran qoydu - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR