Gömrükçülər qanunsuz yolla keçirilən siqaretlər aşkarlayıblar - FOTOLAR

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz 190" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

DGK-dan Metbuat.az-a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 2000 ədəd "Parlament Super Slim" və 1180 ədəd "Parlament Carat" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

İlqar Məmmədov azadlığa BURAXILDI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR