“Danışıqlar aparmadığımı desəm, yalan olar"

Türkiyənin “Konyaspor” klubundan ayrılan kamerunlu futbolçu Samuel Eto Fransa klublarından birinə transfer oluna bilər.

Metbuat.az-ın sia.az-a istinadən verdiyi məlumata görə, məşhur futbolçu bu haqda xarici mətbuata açıqlama verib. O, Fransa klublarından təkliflər aldığını bildirib: “Danışıqlar aparmadığımı desəm, yalan olar. Təkliflər var. Karyeramın sonuna yaxınlaşıram. Mənə ən uyğun olan təklifi dəyərləndirəcəyəm”.

O, PSJ klubunun azarkeşi olduğunu qeyd edib: “Karyeram bitənə qədər bu klubda oynayıb-oynamayacağımı bilmirəm. Mənim üçün önəmli olan oynamaq, qol vurmaq və əylənməyə davam etməkdir. Daha iki mövsüm oynayıb, karyeramı bitirib və yeni həyata başlamağı hədəfləmişəm”.

Sərin hava sabah da davam edəcək - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR