​"BakuBus”da vətəndaşlarla növbəti görüş - FOTOLAR

"BakuBus” MMC-də vətəndaşlarla növbəti görüş təşkil olunub.

Bu barədə Metbuat.az-a “BakuBus” MMC-nin Mətbuat xidmətinin rəhbəri Qabil Babayev bildirib.

Onun sözlərinə görə, vətəndaşlar “BakuBus” MMC-yə edilən müraciətlərin nəticəsi barədə məlumatlandırılıb. Görüşdə vətəndaşlara “BakuBus” MMC-yə etdikləri müraciətlər əsasında aparılan araşdırmanın nəticəsi və görülən tədbirlər barədə məlumat verilib. Həmçinin, onların fikir və təklifləri dinlənilib.
Görüşdə bildirilib ki, “BakuBus” MMC vətəndaşların müraciətlərinin obyektiv araşdırılmasına xüsusi önəm verir. “Qaynar xətt”, elektron poçt və sosial şəbəkələr vasitəsilə, eləcə də Bakı Nəqliyyat Agentliyindən “BakuBus” MMC-yə daxil olan vətəndaş müraciətləri qeydə alınır. Eyni zamanda, müraciətlərin bir qismi dərhal cavablandırılır, araşdırma tələb edənləri nəzarətə götürülür. Araşdırma başa çatdıqdan sonra isə vətəndaşlar nəticə və həyata keçirilən tədbirlərlə tanış olmaq, həmçinin, fikir və təkliflərini bildirmək üçün “BakuBus” MMC-yə dəvət edilirlər.
Görüşdə vətəndaşlar müraciətlərinə obyektiv yanaşıldığına, həmçinin, onlara diqqət və qayğı göstərildiyinə görə “BakuBus” MMC-yə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, müraciətləri əsasında araşdırma aparılan vətəndaşların əksəriyyəti “BakuBus” MMC-də keçirilən görüşdə iştirak etməyiblər.
Görüşə qatılmayan vətəndaşlar yaxın günlər ərzində “BakuBus” MMC-yə gələrək müraciətləri əsasında aparılan araşdırmanın nəticəsi və görülən tədbirlər barədə məlumat ala bilərlər.

Yol gedərkən DİQQƏTLİ OLUN! - Təhlükə yaranarsa... – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR