Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi böyük uğurdur - Ukrayna Analitik Mərkəzinin rəhbəri

Aktauda Xəzəryanı dövlətlərin başçılarının Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalaması birgə enerji layihələrinin həyata keçirilməsi üçün əlverişli imkanlar açacaq.

Metbuat.az xəbər verir ki, bunu Ukrayna Analitik Mərkəzinin rəhbəri Aleksandr Oxrimenko deyib.

O qeyd edib ki, 22 ildən sonra Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi böyük uğurdur. Artıq Xəzəryanı ölkələrin təbii qazının Azərbaycan vasitəsilə Türkiyəyə, oradan isə Avropa dövlətlərinə çatdırılması üçün geniş perspektivlər açılıb. Bu, Azərbaycan və Orta Asiya ölkələrinin iqtisadiyyatının inkişafı və rifahının daha da artırılması üçün çox faydalı olacaq.

Sərin hava sabah da davam edəcək - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR