Dilarədən MÖHTƏŞƏM LAYİHƏ - FOTOLAR

Tanınmış müğənni Dilarə Kazımova yeni layihəsini təqdim etməyə hazırlaşır.

Metbuat.az publika.az-a istinadən xəbər verir ki, o, bununla həm sükütü pozacaq, həm də əsl keyfiyyətin nə olduğunu nümayiş etdirəcək.

Bu ilin yanvar ayından hazırlıqları görülən layihənin iyul ayında çəkilişləri baş tutub. Hazırda isə montaj işləri aparılır. 82 nəfərlik heyətlə ərsəyə gətirilən iş haqda ifaçının çalışdığı şirkətin başçısı Nigar Məmmədova danışıb:

“Fərqli iş ərsəyə gətirdiyimizə inanırıq. Çünki bu adi musiqi deyil. Sözlərində doğma ölkəmizin zəngin tarixindən, eyni zamanda da müasirlikdən bəhs edilir. Əgər hər hansısa bir musiqidə Azərbaycan sözü varsa, artıq bizim üçün müqəddəs sayılır. Buna görə də əlimizdən gələni etdik ki, yerli və xarici vətəndaşlar mahnımızı eşitdikdən sonra bizimlə birgə oxusun.

Bu işdə bizə dəstək olan Azərbaycan Respublikasının Atçılıq Federasiyasına və Bina Atçılıq mərkəzinə, “Bakı Media Mərkəzi” və şəxsən direktoru Orman Əliyevə, “İçərişəhər” DTMQ İdarəsinin rəhbərliyinə və şəxsən Riad Qasımova təşəkkürümüzü bildirirk”.

İfaçının özü də yeni mahnı və klipi haqda fikirlərini bildirib: “Belə bir möhtəşəm layihəyə imza atdığım üçün qürur duyuram. Aylardır üzərində çalışdığımız işin bəhrəsini görmək hər birimiz üçün xoşdur. Çox danışmaq istəmirəm. Əminəm ki, bu iş çoxlarında maraq oyadacaq.”

Xatırladaq ki, D.Kazımovanın uzun zamandır bəhz etdiyi layihənin təqdimat gecəsi sentyabrda baş tutacaq.

Sərin hava sabah da davam edəcək - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR