Köçəryan azad edildi

Ermənistanın Apellyasiya Məhkəməsi sabiq prezident Robert Köçəryanın şikayətini təmin edərək ona qarşı 2 aylıq həbs qətimkan tədbirinin dəyişdirilməsi və azadlığa buraxılması barədə qərar çıxarıb.

Metbuat.az azvision.az-a xəbər verir ki, Köçəryanın vəkillərindən biri Ruben Saakyan jurnalistlərə açıqlamasında deyib ki, Apellyasiya Məhkəməsi keçmiş prezidentin toxunulmazlığını əsas tutaraq onun həbsi ilə bağlı İrəvan şəhər məhkəməsinin çıxardığı qərarı ləğv edib.

Lakin istisna etməyib ki, Ermənistanın Xüsusi istintaq Komitəsi Apellyasiya Məhkəməsinin bu qərarından şikayət verəcək.

Xatırladaq ki, iyulun 28-də Ermənistanın keçmiş prezidenti Robert Köçəryan 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində həbs olunmuşdu. Məhkəmənin qərarilə ona qarşı Cinayət Məcəlləsinin 300.1-ci maddəsilə 2 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Sərin hava sabah da davam edəcək - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR