AÇG və “Şahdəniz” layihələrindən əldə edilən gəlir AÇIQLANIB

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları bloku üzrə gəlirləri açıqlayıb.

ARDNF-dən Metbuat.az-a verilən məlumata görə, AÇG yatağı üzrə 2001-ci ildən bu il avqustun 1-dək əldə olunan ümumi gəlirlər 134 107 mln. dollar olub.

Bu il isə AÇG yatağından 5 621 mln. dollar gəlir əldə edilib.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər (01.01.2018 - 01.08.2018 tarixinə) 94 mln. dollar olub.

Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər isə (2007-ci ildən etibarən) 2 506 mln. dollar (01.08.2018 tarixinə) təşkil edib.

Sərin hava sabah da davam edəcək - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR