Övladı 1-ci sinfə gedən valideynlər, DİQQƏT! - Bunlara əməl edin

Birinci sinfə başlayan şagirdlərin ilk günlərdə məktəbə adaptasiya ola bilməməsi valideynlər kimi müəllimləri də narahat edən məsələdir.

Çox vaxt problemin həlli kimi valideyn övladı ilə birlikdə dərsdə oturmağa məcbur olur. Lakin psixoloqlar valideynlərə bunu məsləhət görmürlər.

Psixoloq Murad İsayev Metbuat.az-a açıqlamasında bildirib ki, uşaqlar hər hansı bir təhsil müəssisəsinə daxil olmazdan öncə müəyyən bir adaptasiya dövrü keçməlidir:

“Valideynlərin bəzilərinin birinci sinfə gedən uşaqlardan tələbləri çox olur. Onlar istəyirlər ki, övladları qısa müddət ərzində dərsi öyrənib, inkişaf etsinlər. Bu kimi hallar doğru deyil. Çünki uşaqlar belə olan təqdirdə dərsdən soyuyur. İbtidai sinif əslində “Əylənərək öyrənək” prinsipinə əsaslanmalıdır. Uşaq hansısa bir dərsi öyrənməkdən savayı, ilk növbədə etiket qaydalarını mənimsəməlidir. Pedaqoji yanaşmalar ondan sonra gəlir. Bu səbəblə, valideynlərə tələsməmələrini, pedaqoqların sözünə baxmağı tövsiyyə edirik. İmkan daxilində valideynlər sinifdə olmamalıdır. Çünki bu hal valideyni sinifdə olmayan digər uşaqlar üçün travmatik vəziyyət yarada bilər. Valideynlər pedaqoqların fikirlərinə imkan daxilində üstünlük verməlidirlər. Pedaqoqlar isə daha çox uşaqların adaptasiya olmasına şərait yaratmalıdırlar. Məhz bundan sonra artıq təhsil sisteminin əsas məsələləri başlamalıdır”.

Xəyalə Məmmədova/ METBUAT.AZ

“Avtoyuma məntəqələrində ...” - Nələr SƏHV olunur? – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR