Balakəndə itkin düşən şəxsin axtarışları davam edir - FHN

Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 68 yaşlı Ramazanov Süleyman Müslüm oğlunun axtarışları sabah davam etdiriləcək.

Metbuat.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, bu gün səhər saatlarında başlanan və axşamadək davam edən axtarışlar əsasən çayətrafı ərazilərdə aparılıb.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri, Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.

Qeyd edək ki, 1950-ci il təvəllüdlü Süleyman Ramazanov avqustun 10-da itkin düşüb.

Sabah paytaxtın bir neçə rayonunda qaz olmayacaq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR