Paytaxtda bəzi istirahət mərkəzlərinin sahibləri cərimələndi - SİYAHI

Bakı şəhərinin Xəzər dənizi sahil zolağında “Ətraf Mühitin Mühafizəsi” və “İstehsalat və Məişət Tullantıları” haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən reydlər keçirilib.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, reydlər zamanı Binəqədi rayonu Xəzər sahili zonasında fəaliyyət göstərən “Həyat”, “Dəniz”, “Matros” və “Anar” istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlandığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib.

Faktlarla bağlı obyekt sahibləri Hacı Sadıqov, Aydın Matatyayev, Rəşad Əlverdiyev və Anar Rüstəmov barəsində protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinə əsasən hər biri 800 manat məbləğində cərimə olunub. Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

Reydlər davam etdirilir.

Günün qoroskopu - Evdəki gərəksiz əşyalardan qurtulun - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR