Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində çalışacaq

Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar avqustun 15-dən 24-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, bayram ərəfəsində yarana biləcək sərnişin sıxlığının qarşısını almaq məqsədilə bir sıra tədbirlər həyata keçirilir:

“Qeyd edək ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsilə təxminən 10 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulub.

Sərnişinlərdən xüsusi ricamız, bayram günləri üçün səfər biletlərini bir neçə gün öncədən Avtovağzalın kassalarından, eləcə də onlayn qaydada 10 gün öncədən əldə etmələridir. Əlavə məlumat üçün +994 12 406 01 58/59 məlumat bürosu ilə əlaqə saxlaya bilərsiniz”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR