Ucarda 5 yaşayış məntəqəsini əhatə edən yol istifadəyə veriləcək - VİDEO

Ucar rayonunda 35 mindən artıq əhalinin istifadəsi üçün nəzərdə tutulan kəndlərarası avtomobil yolunun yenidən qurulması işləri sonuncu mərhələdədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Metbuat.az-a verilən məlumata görə, yol infrastrukturu layihələrinin icrası hazırda Ucar rayonunda Alpout-Lək-Qazyan-Qarabörk marşrutu üzrə yaşayış məntəqələrini əhatə edir. Sözügedən yolun hazırda IV texniki dərəcəyə uyğun yenidən qurulması yekunlaşmaq üzrədir.

Hərəkətin normal təşkili üçün 6 ədəd avtobus dayanacağı, 162 ədəd yol nişanı və 523 ədəd siqnal dirəyi quraşdırılaraq, həmçinin 93 km uzunluğunda xətlənmə işləri aparılaraq yolun yaxın aylarda vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 31 km uzunluğa malik Alpout-Lək-Qazyan-Qarabörk avtomobil yolu 5 yaşayış məntəqəsinin 36 minə yaxın əhalisini Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat və təhlükəsiz şəkildə çıxışına imkan yaratmaqla rayon mərkəzinə və ölkənin istənilən istiqamətinə gediş-gəlişinə şarait yaradacaq, kənd təsərrüfatı məhsullarının bazarlara tez və xarab olmadan daşınmasının həcmi artacaq.

Cəbhədən son məlumat - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR