Türkiyə BACARDI: Dollar ucuzlaşdı, növbəti hədəf isə...

Türkiyə BACARDI: Dollar ucuzlaşdı, növbəti hədəf isə...
11:38 14 Avqust 2018
235 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Türkiyəyə qarşı sanskiyalarından sonra dollar qarşısında dəyərini itirən Türkiyə lirəsi Mərkəzi Bankın həmlələri ilə yenidən dəyər qazanmağa başlayıb.

Publika.az xəbər verir ki, dünən 7,2 lirəyə dəyişdirilən dollar bu gün 6,8 lirəyə satılıb.

Növbəti hədəf dolları 6,60 TL səviyyəsinə düşürməkdir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp amerikalı rahib Endryu Bransonun Türkiyədə həbsdə saxlanılmasına görə bu ölkəyə maliyyə sanskiyaları tətbiq edib. Rusiya, İtaliya, Almaniya, İran, Pakistan, Livan və Qətər kimi ölkələr Türkiyəyə dəstək olmaq üçün lirə ilə ticarət edir və türk malları alır.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/250480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR