4 tonluq polad sütun maşının qarşısına düşdü: möcüzə nəticəsində sağ qaldılar - VİDEO

4 tonluq polad sütun maşının qarşısına düşdü: möcüzə nəticəsində sağ qaldılar - VİDEO
11:52 14 Avqust 2018
Ölkə mətbuatı
A- A+

Tailanda polad sütun avtomobildən bir neçə santimetr aralıda yerə düşüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisənin videogörüntüləri "Daily Mail" nəşrində yayılıb.

Çəkisi dörd tondan çox olan polad sütun qəflətən qaldırıcı krandan qopur və "Mercedes" markalı ağ rəngli avtomobilin qarşısında yerə düşür. Hadisədən dərhal sonra sürücü və sərnişini maşından çıxır. Kişi qadının özünü pis hiss etdiyi görünür və onu qucaqlayır.

Kadrları arxadan gələn avtomobilin sürücüsü çəkib.

Bildirilir ki, hadisədən sonra biləyindən xəsarət almış sərnişin xəstəxanaya yerləşdirilib. Sürücü xəsarət almasa da, hər ikisi şok vəziyyətinə düşüb.

Videonu izləmək üçün şəklə klikləyin:
Ağır yük maşının üzərinə düşdü: möcüzə nəticəsində sağ qaldılar

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/676374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR