Bərdədə qaçırılan 17 yaşlı qız tapılıb

Bərdə rayonunda sevdiyi olğan təfərindən qaçırılan 17 yaşlı qız tapılıb.

Metbuat.az-ın report.az-a istinadən verdiyi məlumata görə, Z.Museyavanın valideynlərinin Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) şikayət ərizəsi ilə müraciətindən sonra əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Keçirilən əməliyyat tədbirlərindən sonra qaçırılan 17 yaşlı qızın yeri müəyyən edilib.

Məluma olub ki, qızı sevdiyi oğlan, 17 yaşlı Xəyyam Məmmədov evlənmək məqsədi ilə qaçırıb. Gənc qız ailəsinə təhvil verilib.

X.Məmmədov isə saxlanılaraq Bərdə RPŞ-ə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

İŞIQ PULU çox gəlir? - Qənaət etmək istəyənlər, bu əşyalara DİQQƏT! / VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR