Liftdə qadına şiddət ölkə gündəminə düşdü/ VİDEO

Brazilyada təhlükəsizlik kameralarının 22 iyulda qeyd etdiyi görüntülər Luis Felipe Manvailer adlı brazilyalı adamın vəkil həyat yoldaşı Tatiane Spitzeri əvvəlcə şiddət tətbiq edərək liftə mindirməsi və daha sonra qadının yıxıldığı zamanı göstərir.

Metbuat.az “Mynet.com”a istinadən xəbər verir ki, daha sonra qadının cansız bədənini evə çıxaran Manvailer ətrafa bulaşan qanları bir salfetlə silərkən görüntülənib. Brazilyada ötən həftə ortaya çıxan və ölkə daxilində sürətlə yayılan görüntülərdən sonra qadınlara qarşı şiddət mövzusu ölkə gündəminə düşüb.

Manvailer həyat yoldaşını pəncərədən aşağı atmaqda günahlandırılıb. O, ifadəsində həyat yoldaşını pəncərədən atmadığını, özü atlayaraq intihar etdiyini deyib. Brazilya polisi hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirib.


http://matbuat.az/news/1007559/ozunu-timsah-zenn-e...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR