İran ABŞ-ın 5 noyabrda start verəcəyi yeni sanksiyalara
cavab olaraq neftin qiymətlərini endirib.
Publika.az xəbər verir ki, bu barədə İran Neft
Nazirliyinin adı açıqlanmayan rəsmisi İRNA agentliyinə
bildirib.
“Müştərilərə endirim etmək neft bazarının əsas prinsiplərindəndir”,
- deyə iranlı rəsmi qeyd edib.
Lakin o, endirimin nə qədər olduğunu açıqlamayıb. Bəzi media
orqanları isə İranın 60-80 sent endirim etdiyini iddia edib.
İran gündəlik 2 milyon 200 min barel xam neft ixrac edir. Bunun
yarısı Çin və Hindistana, 25 faizi Avropa ölkələrinə, bir qismi isə
Cənubi Koreya və Yaponiyaya ixrac edilir.
ABŞ noyabrın 5-də İrana qarşı sanksiyaların ikinci mərhələsinə
start verəcək. Sanksiyaların ikinci mərhələsi enerji daşıyıcılarına
tətbiq olunacaq. ABŞ-ın sanksiyalarından sonra Cənubi Koreya və
Yaponiya İran neftinin idxalını dayandırıb.
Asif