Türkiyədə məşhur musiqiçi Haluk Leventin ABŞ prezidenti
Donald Trampın türk lirəsinin dollar qarşısında dəyər itirməsinə
səbəb olan tvitinə cavabı bütün dünyada diqqət çəkib.
Publika.az xəbər verir ki, Tramp “Türk lirəsi çox güclü
dollarımız qarşısında sürətlə düşdüyü bir vaxtda Türkiyədən gələn
polad və alüminiumun gömrük rüsumunun artırılması ilə bağlı qərar
verdim. Türkiyə ilə əlaqərimiz son vaxtlar yaxşı deyil” tivitini
atıb.
Haluk Levent Trampın tvitinin altına ingiliscə belə cavab yazıb:
“Mən müxalif bir musiqiçiyəm. Ölkəmdə hər zaman yanlış olan şeylərə
diqqət çəkirəm. Bu, fərqli bir şey... Lakin faşist və zəif
idarəçiliyiniz indi ölkəmi təhdid edir. Bunu sadəcə yenidən seçilə
bilmək üçün etdiyinizi bilirik”.
H. Leventin bu cavabı Qərb mediasını şoka salıb.
Asif