Azərbaycanda Hotellər Assosiasiyası yaradılacaq

Azərbaycanda Hotellər Assosiasiyasının yaradılması üzərində iş aparılır.

Bu barədə Metbuat.az-a Azərbaycan Dövlət Turizm Agentliyindən bildiriblər.

Assosiasiyanın yaradılması ilə Azərbaycan Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (HOTREC) üzvü ola bilər. Bu məsələnin müzakirə olunması məqsədilə HOTREC-in vitse-prezidenti Akos Niklay Azərbaycana gəlib. A.Niklayın artıq Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşdüyü məlumat verilib.

Görüş zamanı Azərbaycanda turizmin inkişafı üçün mövcud olan imkanlar, infrastruktur və digər məsələlər müzakirə olunub. İlkin mərhələdə Azərbaycanın HOTREC-də müşahidəçi statusu alması üçün zəruri prosedurlara başlamaq qərara alınıb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR