Türkiyədə səfərdə olan İraqın baş naziri Heydər əl-İbadi
ABŞ-ın hücumları qarşısında Ankaraya dəstək verəcəklərini bəyan
edib.
Publika.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyip
Ərdoğanla görüşən İbadi “türk lirəsi ilə baş verən problemlərə
qarşı Türkiyəni dəstəkləyirik” deyə bildirib.
Kərkükdən Türkiyəyə neft veriləcəyini açıqlayan İbadi bildirib ki,
Kərkükün Ovaköy bölgəsinə neft boru xəttinin çəkilməsi
planlaşdırılır.
“İkinci gömrük qapısının açılması çox əhəmiyyətlidir. Hazırda türk
lirəsi ilə baş verən problemlərə qarşı Türkiyənin yanındayıq. Biz
Türkiyə prezidenti və nazirlərindən çox dəstək gördük”, - deyə o
bildirib.
Qeyd edək ki, İraq ABŞ-ın İrana qarşı sanksiyalarına dəstək verib.
Lakin İbadinin ABŞ-ın Türkiyəyə hücumlarına qarşı çıxması Tramp
üçün gözlənilməz yerdən zərbə oldu.
Asif