Genuyada körpünün dağılması nəticəsində zərərçəkənlər arasında azərbaycanlı yoxdur

Genuyada körpünün dağılması nəticəsində zərərçəkənlər arasında azərbaycanlı yoxdur
18:27 14 Avqust 2018
52 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyanın Genuya şəhərində körpünün dağılması nəticəsində zərərçəkənlər arasında azərbaycanlı yoxdur.

Milli.Az bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə deyib ki, həlak olan və ya yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb.

Onun sözlərinə görə, məsələ ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyi ilə mütəmadi əlaqə yaradılır.

Qeyd edək ki, Genuyada körpünün bir hissəsinin dağılması nəticəsində 22 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/676560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR