İtaliyada körpü faciəsi - Ölənlərin sayı 35-ə çatıb

İtaliyanın şərqində yerləşən Genuya şəhəri yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Rai News 24” məlumat yayıb. Azı 10 nəfər itkin düşüb. Xilasetmə əməliyyatı davam edir.

Fransa Prezidenti Emmanuel Makron, Avstriya kansleri Sebastyan Kurts, Almaniya kansleri Angela Merkel və Çexiyanın Baş naziri Andrey Babiş artıq faciə ilə bağlı başsağlığı veriblər. Emmanuel Makron hadisə ilə əlaqədar İtaliyaya istənilən köməkliyi göstərməyə hazır olduğunu deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR