Xamenei ABŞ-la birbaşa danışıqların aparılmasını qadağan edib

İranın ali dini lideri Ayətullah Əli Xamenei Amerika Birləşmiş Ştatları ilə birbaşa danışıqların aparılmasını qadağan edib.

Metbuat.az-ın Röyters agentliyinə istinadən məlumatına görə, ali dini lider bildirib ki, Vaşinqton verdiyi vədlərə əməl etmir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar qarşılıqlı razılaşma prinsipi ilə deyil, yalnız öz maraqları üçün masaya əyləşir:

“Birləşmiş Ştatlar heç vaxt verdiyi vədlərə sadiq qalmaz. Müzakirələr zamanı əldə etmək istədikləri hədəflərdən əsla geri addım atmazlar”.

Qeyd edək ki, bir müddət əvvəl Vaşinqton adminstrasiyası bəzi şərtlər əsasında danışıqlara başlamağa hazır olduğunu bəyan etsə də, İran təklifi rədd edib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR