İsveçdə yandırılan avtomobillərin sayı 100-ə çatıb

İsveçin Frölunda bölgəsində naməlum şəxslər 100-ə qədər avtomobilə od vurub.

Metbuat.az-ın İsveç dövlət televiziyasına istinadən məlumatına görə, nəqliyyat vasitələrinə içərisində yandırıcı maddələrin olduğu qablar atılıb. Nəticədə ərazidə şiddətli partlayışlar qeydə alınıb. Ölən və xəsarət alan yoxdur.Şübhəlilərin həbs olunması üçün irimiqyaslı əməliyyatlar başlayıb.

Hökumət oxşar hadisələrin qarşısını almaq üçün ciddi tədbirlərin görüləcəyini bəyan edib. Hücumun planlı şəkildə təşkil olunduğu vurğulanıb. Hadisənin səbəbləri araşdırılır.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR