Tropik siklon Kyuşu adasında torpaq sürüşmələrinə səbəb ola bilər

Sinoptiklər xəbərdarlıq edərək bildirirlər ki, Yaponiyanın qərbinə yaxınlaşan güclü tropik siklon avqustun 14-də gecə və ya növbəti gün səhər Kyuşu adasında torpaq sürüşmələrinə səbəb ola bilər.

Metbuat.az Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, siklonun Kyuşu adasına avqustun 14-də gecə və ya avqustun 15-də səhər saatlarında çatacağı gözlənilir. Bildirilir ki, Kyuşu adasının cənub rayonlarında gecə yağıntının miqdarı saatda 50 millimetrdən çox ola bilər.

Kyuşu adasının şimalında və Sikoku adasının bəzi rayonlarında da aramsız yağışların yağacağı gözlənilir. Sinoptiklər avqustun 15-də səhər saatlarında həmin ərazilərdə sutkada 100 millimetrdən 200 millimetrədək yağıntı düşəcəyini də proqnozlaşdırırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR