İrəvanda polis reydləri başladı (VİDEO)

İrəvanda polis reydləri başladı (VİDEO)
20:51 12 Yanvar 2015
166 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Gümrüdə baş vermiş insident səbəbindən Ermənistanın paytaxtı İrəvanda da polis gücləndirilmiş rejimdə işləməyə başlayıb.

ANS PRESS-in erməni mətbuatına istinadən məlumatına görə, İrəvanın hər yerində təhlükəsizlik tədbirləri görülür.

Şəhər mərkəzində polislər maşınları dayandırır və yoxlamalar aparır.

Xüsusi halda, yük maşınları və taksilər daha çox yoxlanılır.

Polislər yoxlama ilə bağlı suala cavab verməkdən imtina etsədə erməni mətbuatı onların hədəfinin 6 nəfəri güllələməkdə şübhəli bilinən Valeri Permyakov olduğunu qeyd edir.

Həmçinin İrəvan metrosunda gücləndirilmiş nəzarət sistemi yaradilib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319263

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR