6 ermənini öldürən rusiyalı əsgərin qaçdığı təsdiqləndi

6 ermənini öldürən rusiyalı əsgərin qaçdığı təsdiqləndi
20:52 12 Yanvar 2015
141 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Müdafiə Nazirliyi Gümrü hərbi bazasından hərbçinin qaçması faktını təsdiqləyib. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, hərbçi silah və sursatla Rusiyanın Ermənistandakı bazasından fərarilik edib.
Hadisəni araşdırmaq üçün Rusiya müdafiə nazirinin birinci müavini Arkadi Baxinin başçılıq etdiyi xüsusi komissiya hadisə yerinə göndərilib.
 
Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.
 
Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.
 
Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR