FHN intihara cəhd edən şəxsi fikrindən daşındırdı

FHN intihara cəhd edən şəxsi fikrindən daşındırdı
03:58 15 Avqust 2018
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda intihar etmək istəyən şəxs xilas edilib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər kişi tikilməkdə olan çoxmərtəbəli binanın 12-ci mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/250551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR