"Artıq Avroliqa haqqında fikirləşməliyik" - Qurban Qurbanov

"Artıq Avroliqa haqqında fikirləşməliyik".

Metbuat.az-ın məlumatına görə, bunu Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında səfərdə Belarusun BATE klubu ilə 1:1 hesablı (ilk oyun 0:1) heç-heçə edərək turnirdə mübarizəni dayandıran "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Q.Qurbanov BATE klubunu növbəti mərhələyə vəsiqə qazanması münasibətilə təbrik edib:

"Hər iki oyunda çox intizamlı komanda olduğunu göstərdilər. Futbolçularımdan razı qaldım, son ana qədər mübarizə apardılar. Hakimlik barədə heç vaxt danışmıram. Artıq bu oyunu unudub, Avroliqanın pley-off-u haqqında fikirləşməliyik".

Qeyd edək ki, Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Günün ulduz falı - 15 avqust, 2018 - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR