Salma Hayek çimərlik görüntülərini yaymağa çəkinmədi - FOTOLAR

51 yaşlı Salma Hayek "Bora-Bora adasına istirahətə yollanıb.

Metbuat.az axşam.az-a istinadən bildirir ki, həyat yoldaşı Fransua-Anri Pino aktrisanı tək qoymayıb.

Salma çimərlikdə çəkdirdiyi bikinili fotolarını İnstaqram səhifəsində paylaşıb. İzləyiciləri onun 51 yaşı olmasına baxmayaraq ideal bədən quruluşunu necə qoruması ilə bağlı suallar ünvanlayıblar.

Hayek "Bəzi insanların səhər idmanı üçün xüsusi hərəkətləri var. Mən isə bununla məşğul olmuram. Londonda yaşayan bir qadınla birlikdə məşq edirəm. Bu cür necə qalmağı mənə o öyrədir. Əzələlərim hər gün hərəkət etməlidir. Çünki hətta dişlərimizi belə fırçalayanda əzələ hərəkətinə ehtiyacımız olur. Əvvəlcə rahatlamaq lazımdır. Bədəninizin hərəkət etdirəcəyiniz hissəsini diqqətdə saxlayın. Çalışın idman hərəkətləri edərkən bir nöqtəyə işləyəsiniz" deyə, onlara cavab verib.

Günün ulduz falı - 15 avqust, 2018 - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR