Altı ildən sonra azarkeşlərə stadionda matç izləməyə icazə verildi

Misirli futbol azarkeşləri 2012-ci il sentyabrın 1-dən sonra ilk dəfə matçlara stadionlarda baxa biləcəklər.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə açıqlama verən Misirin gənclər və idman naziri Əşrəf Sobhi bu qərarın ölkənin Nazirlər Sovetinin təsdiqindən sonra qəbul edildiyini deyib.

Nazir bildirib ki, misirli azarkeşlərin tribunalara qayıtması məsələsi ölkənin Futbol Assosiasiyası və klubların təmsilçiləri ilə razılaşdırılıb. İlk mərhələdə stadionlara beş minə qədər adam buraxılacaq.

Qeyd etmək lazımdır ki, 2012-ci ilin fevralında Port-Səid şəhərindəki stadionda faciəli insidentdən sonra Misirdə stadionlara giriş qadağan olunub.

Həmin vaxt ev sahibi “Əl-Məsri” və Qahirənin “Əl-Əhli” klubları arasında keçirilən matç zamanı tribunalarda baş vermiş kütləvi dava və basabas nəticəsində 70 azarkeş həyatını itirmişdi.

Günün ulduz falı - 15 avqust, 2018 - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR