Magistraturaya qəbulun nəticələri dərc olundu

Magistraturaya qəbulun nəticələri dərc olundu
10:43 15 Avqust 2018
42 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi "Magistr" jurnalının 7-ci nömrəsini nəşr edib.

Mərkəzdən Publika.az-a verilən məlumata görə, jurnalın bu nömrəsində 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbulun nəticələri dərc olunub.

Jurnalda həmçinin ixtisaslaşmalar üzrə minimal keçid balları və dövlət sifarişli yerlər üzrə müsabiqə nəticəsində alınmış keçid balları təqdim olunur.

Jurnalı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya http://www.abiturient.az/saytından sifariş etmək olar.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/elmvetehsil/250569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR