CNN-dən xəbərdarlıq - Qərb Türkiyəni itirməyin bədəlini ağır ödəyəcək

CNN-dən xəbərdarlıq - Qərb Türkiyəni itirməyin bədəlini ağır ödəyəcək
11:05 15 Avqust 2018
85 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ hökumətinin Türkiyəyə qarşı iqtisadi savaşa başlamasını "CNN İnternational" şərh edib.

Milli.Az "ölkə.az"-a istindən bildirir ki, kanalın analizində ABŞ hökumətinə xəbərdarlıq edilib: "Qərb Türkiyəni itirməyin bədəlini ağır ödəyəcək".

Türkiyə iqtisadiyyatını hədəf alan Trampa reaksiyalar getdikcə böyüyür. Bu sıraya CNN kanalı da qoşulub:

"Türkiyədəki qeyri-sabitliyin sərhədlərindən kənarda nəticələr yarada biləcək və ölkəni idarə edən kim olursa olsun Türkiyənin cazibə mərkəzini Qərbdən Rusiya, İran və Avrasiyaya doğru dəyişməyə çalışacaq".

Yazıda Türkiyədə ola biləcək qeyri-sabitliyin sərhədlərdən kənarda da nəticələr yaradacağı qeyd edilib:

"Türkiyə artıq ABŞ-I etibarlı partnyor və strateji bir müttəfiq kimi görməyəcək. Türkiyədə hakimiyyətdə kim olsa da, cazibə mərkəzini Qərbdən Rusiya, İran və Avrasiyaya doğru dəyişəcək".

Yazıya əsasən Türkiyə böhran dərinləşdikcə ciddi addımlar atacaq: "Türkiyə fövqəladə vəziyyətdə NATO-dan çəkiləcək və Avropa İttifaqı ilə gömrük müqaviləsinə son vermək kimi radikal addımlar ata bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/676695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR