BATE-nin futbolçusu:

BATE Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi "Qarabağ"la evdə heç-heçə edib - 1:1. Bu nəticə ilə ÇL-in pley-offuna yüksələn Borisov təmsilçisi bu mərhələdə Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.

Metbuat.az-ın sia.az-a istinadən verdiyi məlumata görə, oyundan sonra BATE-nin yarımmüdafiəçisi Aleksandr Qleb fikirlərini bölüşüb: "Sözün düzü, bir az bəxtimiz gətirdi. Hətta "Qarabağ" azlıqda qalanda da dayanmadı, hücumlar etdi. Bizə əks-hücum şansı vermirdilər. Bizim əsas işimiz arxa xəttdə səliqəli oynamaq idi. Biz tələsmədən oynayırdıq. Bizim sürətli futbolçularımız var və onlar hər an rəqibə təhlükə yaradırdılar".

37 yaşlı yarımmüdafiəçi II mərhələdə mübarizədən kənarlaşdırdıqları HİK-lə "Qarabağ"ı müqayisə edib: "Qarabağ"ın oyunçular fikrimcə, HİK-in futbolçularından daha texnikalı və sürətli idilər. Rəqibdə fərdi keyfiyyətləri yüksək olan futbolçular var. "Qarabağ" layiqli rəqib idi. Sevinirik ki, bu komandanı keçdik. İndi isə dincəlməli və PSV-ni düşünməliyik".

Təcrübəli futbolçu pley-off-dakı şanslarından danışıb: "İstənilən komandanın şansı var. Biz PSV ilə oynaya bilərikş. Şanslarımız var. Hər şey öz əlimizdədir".

İşığa necə qənaət edək? - BUNLARA DİQQƏT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR