Reyd zamanı maraqlı anlar yaşandı

Daşkəsən rayon polis şöbəsinin dövlət yol polisi bölməsi və 12 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin əməkdaşlarının birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən "təmiz hava" aylığı çərçivəsində Daşkəsən rayonunun nəqliyyatın sıx olduğu yerlərdə reyd keçirilib.

Metbuat.az xəbər verir ki, reyd zamanı qayda pozan sürücülər də aşkarlanıb.

Əsəbiləşən sürücü özündən çıxır.

Bu sürücü isə mikroavtobusda insanları ayaq üstə aparır..

Görüntülər daşkəsən rayonunda keçirilən reyddəndir.Reydin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Yoxlamalar zamanı polislə razılaşmayan sürülər də olub.Onlar protokol yazılmasına etiraz ediblər.

Yoxlamalar zamanı sərnişindaşımada qaydalara riayət etməyən və digər qayda pozan sürücülər də aşkarlanıb. Dövlət Yol Polisi və Ekologiya və Təbii Sərvətlər nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "təmiz hava" aylığı aksiyası avqustun 31-dək davam edəcək.

İşığa necə qənaət edək? - BUNLARA DİQQƏT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR