Antoniu Quterreş konvensiyanı tarixi sənəd adlandırdı

BMT-nin baş katibi Antoniu Quterreş Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını alqışlayıb və onu region ölkələrinə uzunmüddətli mübahisələrin həllində kömək edəcək tarixi sənəd adlandırıb.

Metbuat.az xəbər verir ki, bu tarixi sənəd beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi üçün zəruri sayılan regional əməkdaşlığın mühüm olduğunu nümayiş etdirir - deyə Quterreş bildirib. Ümumiyyətlə, siyasi şərhçilər Xəzərin statusu ilə bağlı 5 dövlətin razılığa gəlməsini bölgə dövlətlərinin iqtisadi inkişafı, regionda sülhün bərqərar olması, eyni zamanda bu ölkələrin hər birinin təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirirlər.

Sahilyanı ölkələrin dövlət başçılarının imzaladığı Konvensiya dənizin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir.

Azərbaycan hüquqi statusla bağlı danışıqlar getdiyi bütün dövr ərzində beynəlxalq hüquqa və qaşlıqlı etimada söykənən milli mənafelərini müdafiə edib. Ölkəmiz bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv mövqe nümayiş etdirib.

Qeyd edək ki, Konvensiyanın razılşadırılması üçün Azərbaycanın Qazaxıstan, Rusiya, Türkmənistan və İranla apardığı ikitərəfli danışıqlar mühüm rol oynayıb.

İşığa necə qənaət edək? - BUNLARA DİQQƏT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR