Türkiyədə dollara qarşı milli səfərbərliyin elan
edilməsi müsbət nəticələrə səbəb olub.
Publika.az xəbər verir ki, İstanbul sərbəst birjasında bu
gün dollar 6,3080 lirədən, avro 7,1520 lirədən başlayıb.
Milli səfərbərliyin elan edilməsi nəticəsində dollar 5,95 lirəyə,
avro 6,22 lirəyə düşüb.
Qeyd edək ki, ABŞ-ın iqtisadi hücumundan sonra Türkiyədə lirə
sürətlə ucuzlaşmağa başlayıb.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan xalqa dollar və
avrolarını lirəyə dəyişdirmək çağırışı edib. Bundan sonra dollara
qarşı milli səfərbərlik başlayıb.
Asif